"Atletiko" "Barselona"nın futbolçusu İvan Rakitiçi heyətinə qatmaq niyyətindədir. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, klub rəhbərliyi bir müddətdir Dieqo Simeonenin tələbi üzərinə xorvatiyalı ilə danışıqlar aparır.

Xəbərdə bildirilir ki, 32 yaşlı yarımmüdafiəçi "Barselona"dan ayrılmaq istəyir. "Atletiko" oyunçunun transferini yanvarda tamamlamaq istəsə də, futbolçunun komandaya qoşulması yaya qalıb.

Rakitiç 2014-cü ildən Kataloniya təmsilçisində çıxış edir. O, bu mövsüm komandası ilə 16 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest