"Napoli"nin yarımmüdafiəçisi Fabian Luis karyerasını İspaniyada davam etdirə bilər. Matc.az xəbər verir ki, futbolçu "Real Madrid"in maraq dairəsinə düşüb.

İtaliya klubu oyunçunun satışından böyük gəlir əldə etmək niyyətindədir. "Napoli" rəhbərliyi yarımmüdafiəçi üçün Madrid təmsilçisindən 150 milyon avro tələb edib. Ancaq "Kral klubu" bu pulu ödəmək istəmir. Onlar 24 yaşlı oyunçu 80 milyon avro təklif ediblər. Tərəflər arasında danşıqlar davam edir. Fabian Luisin Madridə yollanmaq istəyi transferin gərçəkləşmə ehtimalını artırır.

Qeyd edək ki, ispaniyalı futbolçu bu mövsüm komandası ilə 34 oyuna çıxıb və 4 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest