Rahim Sterlinq İspaniya mətbuatına müsahibəsi zamanı ""Kral klubu" haqda xoş sözlər söyləyib. Bundan sonra isə onun "Real Madrid"ə keçməyə yaxın olduğu iddia edilir.

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola komandasının avrokuboklardan uzaqlaşdırılmasını şərh edib. Matc.az xəbər verir ki, ispaniyalı mütəxəssis Rahim Sterlinqin ayrılmaq istəməsi barədə çıxan söz-sözbətlərə də münasibət bildirib:

"İnsanların düşüncələrini dəyişə bilmirəm. Nə qədər çalışdığımızı bilirəm və bu illər ərzində qazandıqlarımızla qürur duyuram. Bu kubokları əldə etməkdə bizə heç kim kömək etməyib. Hər gün çalışdıq, inanılmaz işlər gördük. Bu son deyil, istintaq tamamlanmayıb. Klub müraciət edib, görək nə baş verəcək. Futbolçularım düşündüklərini və inandıqlarını söyləməkdə sərbəstdirlər. Onlara nə deyəcəyini bildirmək niyyətində deyilik. Sterlinqin açıqlamalarını normal qəbul edirik".

İngiltərəli futbolçu İspaniya mətbuatına müsahibəsi zamanı "kral klubu" haqda xoş sözlər söyləyib. Bundan sonra isə onun "Real Madrid"ə keçməyə yaxın olduğu iddia edilir.

Madrid təmsilçisinin baş məşqçisi Zidan da məsələyə münasibət bildirb. O, bu haqda çox danışmaq istəməyib: "Bizə məxsus olmayan futbolçu haqda danışmaq olmaz. Bəli, Sterlinq çox yaxşı oyunçudur. Bu qədər".

Qeyd edək ki, 25 yaşlı oyunçunun komandası ilə 2023-cü ilə qədər müqaviləsi var.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest