"Yuventus"un sabiq baş məşqçisi Massimiliano Alleqri Turin təmsilçisinin çempionlar Liqasını qazanma şansını dəyərləndirib. Matc.az xəbər verir ki, italiyalı mütəxəssis Ronaldonun komandadakı rolundan da danışıb:

"Ronaldonun psixologiyası dəhşətli bir nümunədir. O, beş dəfə "qızl top"u qazanıb və çoxlu pulu var. Ancaq hələ də özünə yeni hədəflər qoyur. Qazanmaq üçün çalışmağı və fədakarlıq etməyi bacarmalısan. Təbii ki, Ronaldo tək "Yuventus"dan güclü deyil. çempionlar Liqasını qazanmaq üçün bəzən də şansa ehtiyacınız var. Hazırda bu turnirdə heç kimi favorit görmürəm. İndi üç il əvvəlki "Real Madrid" yoxdur. O zaman onlar xeyli güclü idilər. Həmin vaxtlar Ronaldo "Real Madrid"də çıxış edirdi. O, Madird klubu ilə 4 dəfə bu kuboku qazanıb. Sizin də əlinizdə belə bir futbolçu varsa, həmişə iddialı olmalısınız. Ancaq əvvəlcə mütləq komanda olmağı bacarmaq lazımdır".

Qeyd edək ki, "Yuventus" çempionlar Liqasının 1/8 final mərhələsində "Lion"la qarşılaşacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest