Futbol üzrə İngiltərə Premyer Liqa Kubokunda növbəti oyunlar keçirilib. Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Vulverhempton"un U-23 komandası da növbəti matçına çıxıb

Futbol üzrə İngiltərə Premyer Liqa Kubokunda növbəti oyunlar keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Vulverhempton"un U-23 komandası da növbəti matçına çıxıb.
 
Sözügedən komanda səfərdə "Lids"in U-23 kollektivi ilə üz-üzə gəlib. İki qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib – 1:1.
 
Dadaşov da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
 
H qrupunda yer alan və keçirdiyi 5 oyuna 9 xal toplayan "Vulverhempton" "Derbi Kaunti" ilə birgə 1-2-ci pillələri bölüşür.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest