Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 23-cü turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” klubu da növbəti matçına çıxıb.
 
Aue təmsilçisi səfərdə “Osnabryuk”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.
 
Nazarov da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Sari mövsümdə 8 qola imza atan millimizin üzvü bu dəfə fərqlənə bilməyib.
 
23 turdan sonra 31 xala malik “Ersgebirge” 18 kollektiv arasında 8-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest