Türkiyənin “Dənizlispor” klubu yeni baş məşqçisini təqdim edib. Matc.az xəbər verir ki, Super Liqa təmsilçisini bundan sonra Bülent Uyğun çalışdıracaq.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflər arasında müqavilənin müddəti isə mövsümün sonuna qədərdi.
 
Bülent Uyğun bir neçə gün öncə istefa verən Mehmet Özdileki əvəz edəcək. Son olaraq Super Liqanın digər təmsilçisi “Kayserispor”u çalışdıran Uyğun 7 oyunda cəmi 2 qələbə qazanmış, 5 məğlubiyyətə üzülmüşdü.
 
“Dənizlispor” bu mövsüm 22 oyuna topladığı 24 xalla 18 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest