"Neftçi" və "Qarabağ"ın futbolçuları Soni Mustivarla Vild-Donald Geryenin formasını geyindiyi Haiti yığması yoldaşlıq görüşündə qüvvəsini sınayıb. Matç.az saytının məlumatına görə, komanda Salvadorla üz-üzə gəlib.

Son rəsmi qarşılaşmada qırmızı vərəqə alan Geryedən fərqli, Mustivar bu dəfə də meydana çıxıb. Görüşə ehtiyatdan başlayan "Neftçi"li 53-cü dəqiqədə komanda yoldaşını əvəzləyib və 37 dəqiqə mübarizə aparıb.

Oyun Salvadorun 1:0 hesablı qələbəsi ilə nəticələnib. Rivasın 29-cu dəqiqədə vurduğu qol matçda yeganə olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest