I Divizionda XVI tura yekun vurulub. Bu gün keçirilən görüşlərdə "Turan Tovuz" "Neftçi-2"ni, "Sumqayıt" "Kəpəzi" 1:0 hesabı ilə məğlub edib

I Divizionda XVI tura yekun vurulub. Matc.az xəbər verir ki, bu gün keçirilən görüşlərdə "Turan Tovuz"  "Neftçi-2"ni, "Sumqayıt" "Kəpəzi" 1:0 hesabı ilə məğlub edib.

MOİK isə səfərdə "Keşlə-2"yə 1:3 uduzub.

21 fevral (cümə)
 
"Turan Tovuz" – "Neftçi-2" 1:0
Hakimlər: Rauf Allahverdiyev, Cəmil Quliyev, Teymur Teymurov, İnqilab Məmmədov
Şəmkir Olimpiya İdman Kompleksinin stadionu
 
"Sumqayıt-2" – "Kəpəz"  1:0
Hakimlər: Nicat İsmayıllı, Elmin Süleymanov, Səbuhi Əmrahov, İslam Məmmədov
"Kapital Bank Arena" (ehtiyat meydança)
 
"Keşlə-2" – MOİK  3:1
Hakimlər: Kamranbəy Rəhimov, Qəzənfər Məmmədov, Elxan Əsgərzadə, Kamal Umudlu
"ASK Arena"
 
20 fevral (cümə axşamı)
 
"Qarabağ-2" – "Zirə-2"   5:0
Hakimlər: Fərid Hacıyev, Pərvin Talıbov, Rəhman İmami, Elçin Məsiyev
Bakı Olimpiya Stadionu (ehtiyat meydança)
 
"Sabah-2" – "Səbail-2"  0:1
Hakimlər: Səbuhi Bayramov, Eyyub İbrahimov, Kərim Zeynalov, Tural Qurbanov
"Bank Respublika Arena" (ehtiyat meydança)
 
Qeyd edək ki, bu tur "Zaqatala" komandası istirahət edib. "Ağsu" isə turnirdən kənarlaşdırıldığı üçün "Ağsu"– "Qaradağ Lökbatan" matçı keçirilməyib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest