Braziliyalı hücumçu Neymar Messinin açıqlamalarına təəccüblənib. Matc.az xəbər verir ki, argentinalı futbolçu bu yaxınlarda Neymarın "Barselona"ya qayıtmaq istədiyini söyləyib.

Fransa mətbuatı yazır ki,  PSJ-nin forvardı Leonun bu açıqlamasını təəccüblə qarşılayıb. 27 yaşlı futbolçu yaxınlarına belə bir istəyinin olmadığını bildirib. O, Parisdə hər şeyin qaydasında getdiyini qeyd edib. Neymarın PSJ-də həyata keçirmək istədiyi hədəfləri olduğu da vurğulanıb.

Qeyd edək ki, braziliyalı hücumçunun Paris təmsilçisi ilə 2022-ci ilə qədər müqaviləsi var.          

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest