"Yuventus" Pol Poqba üçün "Mançester Yunayted"lə danışıqlara başlayır. Matc.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Məlumata görə, Turin təmsilçisi fransalı futbolçu üçün ingilis klubuna 50 milyon avro və Remsini təklif edəcək. Poqbanın  "Mançester Yunayted"dən ayrılacağının dəqiq olduğu bildirilir.

"Qırmızı şeytanlar"ın bu təklifə hansı cavabı verəcəyi maraqla gözlənilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest