"İndiyə qədər bir çox klubdan təklif almışam. Dəfələrlə kompensasiyamı ödəyəmə hazır olduqlarını deyiblər. Ancaq heç vaxt "Barselona"dan ayrılmağı düşünməmişəm"

"Barselona"nı ulduz futbolçusu Lionel Messi gələcək karyerası ilə bağlı danışıb. Matc.az xəbər verir ki, argentinalı oyunçu komandasından ayrılmağı düşünmədiyini bildirib:

"İndiyə qədər bir çox klubdan təklif almışam. Dəfələrlə kompensasiyamı ödəyəmə hazır olduqlarını deyiblər. Ancaq heç vaxt "Barselona"dan ayrılmağı düşünməmişəm. Əgər klub məni göndərmək istəmirsə, komandada qalmaq problem deyil. Erik Abidalla aramda yaşananlarla bağlı onu deyim ki, o, Valverdenin dönəmində bəzi futbolçuların xoşbəxt olmadığını və çalışmaq istəmədiyini demişdi. Mən də bunu özümə götürdüm və ona cavab verdim. çünki bunlar oyunçulara toxunan sözlər idi. Futbolçular arasında müxtəlif söz-söhbətlər gəzir. Sanki oyunçular, məşqçilər komandaya mənim istəyimlə cəlb edilir. Ona görə də klub rəsmisinin belə açıqlama verməsindən narahat oldum. Məsələyə aydınlıq gətirmək istədim".

Qeyd edək ki, Messinin mövsümün sonunda Kataloniya təmsilçisindən ayrılacağı iddia edilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest