"Mançester Yunayted"in futbolçusu Pol Poqbanın heyətə nə zaman qayıdacağı bəlli deyil. Matc.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Ole Qunner Sulşer məlumat verib.

Norveçli mütəxəssis bildirib ki, Poqba hələlik komanda ilə məşqlərə başlamayıb. Yaxın günlərdə sağalacağı gözlənilmir.

Digər tərəfdən, fransalının Mançester təmsilçisindən ayrılacağı deyilir. Xarici mətbuat onun xidmətində "Real Madrid" və "Yuventus"un maraqlı olduğunu yazır.

Qeyd edək ki, Poqba bu mövsüm 8 oyun keçirib və 2 assit edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest