"Fənərbaxça"nın futbolçusu Alper Potuk karyerasının eniş dövrünü yaşayır. Matc.az xəbər verir ki, Türkiyə millisinin sabiq üzvü bu mövsüm İstanbul təmsilçisi ilə 8 oyuna çıxıb.

28 yaşlı futbolçu bu görüşlərin heç birində nə qol vurub, nə də məhsuldar ötürmə edib. O, cəmi 372 dəqiqə meydanda qalıb.

Potuk 2013-cü ildə 7,3 milyon avroya qarşılığında  "Eskişehirspor"dan "Fənərbaxça"ya keçmişdi. Futbolçunun hazırkı dəyəri isə 600 min avroya düşüb. O, bugünə qədər İstanbul klubu ilə çıxdığı 214 matçda 17 qol vurub, 28 assit edib. Təcrübəli futbolçu hazırda "Fənərbaxça"ya məxsus olsa da, mövsümün sonuna qədər heyətdən çıxarılıb.

Qeyd edək ki, transfer dönəmində Alperin adı "Qarabağ"la hallanırdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest