"Çelsi" "Borussiya"nın hücumçusu Jeydon Sançonu heyətinə qatmaq istəyir. Matc.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.

Bildirilir ki, klublar 19 yaşlı ingilis futbolçunun London klubuna keçməsi üçün danışıqlara başlayıblar. Daha əvvəl "Liverpul", "Mançester Siti" və "Mançester Yunayted"in də Sanço ilə maraqlandığı haqda xəbərlər yayılmışdı. "Zadəganlar" Sançonun qiymətinin yüksək olduğu üçün onu icarə əsasında heyətinə cəlb edə bilər.

Qeyd edək ki, hücumçu 2019-20 mövsümündə  "Borussiya"da 31 oyun keçirib və 16 qol vurub. Hazırda onun qiyməti 120 milyon avro göstərilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest