"Arsenal"ın sabiq baş məşqçisi Arsene Venger hakimlik barədə danışıb. Matc.az xəbər verir ki, o, çoxsaylı mübahisələrə səbəb olan millimetrlik ofsaydların ləğv ediləcəyini açıqlayıb:

"Futbolçu tam olaraq oyundan kənar vəziyyətdə olarsa, ofsayd qeydə alınmalıdır. Ancaq bəzən hücumçu ilə müdafiəçi eyni xəttdə olmasına baxmayaraq, oyundan kənar vəziyyət qeydə alınır. Bu problemi həll edəcəyik."

Qeyd edək ki, "çelsi" - "Mançester Yunayted" arasındakı son matçda London klubunun iki qolu ləğv edildi. Bu qollardan sonra ofsayd məsafələrinə yenidən baxlıması gündəmə gəlib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest