"Milan"ın qapıçısı Asmir Beqoviç Bosniya və Herseqovina mətbuatına müsahibə verib. Matc.az xəbər verir ki, qolkiper milli komandanın sabiq baş məşqçisi Robert Prosineçkini səmimi olmamaqda günahlandırıb:

"Millinin baş məşqçisi Duşan Baeviç bu yaxınlarda bizi ziyarət etdi. Buna görə çox sevinirəm. Məşqçi davamlı futbolçularla ünsiyyətdə olmalı, onlarla maraqlanmalıdır. Mən həmişə yığma üçün əlimdən gələni etmişəm. Ancaq sabiq baş məşqçimiz Robert Prosineçki ikiüzlü idi. Mətbuata fərqli, mənə başqa cür danışırdı. Ancaq indi hazırlanmaq vaxtıdır. Biz hamımız AVRO 2020-də oynamaq istəyirik. Bunun üçün ən yaxşısını bacarmalıyıq".

Qeyd edək ki, Asmir Beqoviç mövsümün ilk yarısını icarə əsasında "Qarabağ"da keçirib.

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest