çempionlar Liqasının 1/8 final mərhələsinə start verilib. Matc.az xəbər verir ki, dünən keçirilən iki qarşılaşmada "Atletiko" "Liverpul"u (1:0), "Borussiya" isə PSJ-ni (2:1) məğlub edib. Oyunlardan sonra baş məşqçi və futbolçular fikirlərini bildiriblər:

Yurgen Klopp ("Liverpul"un baş məşqçisi): "Oyundan məyus deyiləm. Daha pis nəticələr görmüşəm. Hücumda bir az yaxşı deyildik. Rəqib bütün gücü ilə müdafiə olundu. Stadionda möhtəşəm ab-hava yaradılmışdı.  Hakimlər belə atmosferdə işləmək üçün hazır olmalıdırlar. İkinci hissədə rəqibin 3-4 oyunçusu heç bir səbəb olmadan yerə yıxıldı. Ancaq hesab o qədər də qorxulu deyil. Hələ heç nə bitməyib, hər şey ola bilər. Turu keçməyi çox istəyirik".

Endi Robertson ("Liverpul"un müdafiəçisi): "Oyuna mümkün qədər yaxşı başlamaq istəyirdik. Cavab görüşü üçün sərfəli nəticə qazanmağımız vacib idi. İspan azarkeşlərin dəstəyi möhtəşəm idi. Ancaq biz də pis çıxış etmədik. İkinci matçda nəticəni düzəldə bilərik. Azarkeşlər hər şey bitmiş kimi sevindirdilər. Bunu cavab görüşündə görəcəyik. çünki onlar da "Enfild"ə gələcəklər".

Dieqo Simeone ("Atletiko"nun baş məşqçisi): "Belə oyunu gözləyirdik. Qarşımızda çox güclü bir rəqib var idi. Matçın başlanmasına çox yaxşı reaksiya verdik və nəticəni qorumaq üçün lazım olanı etdik. Əks hücumlarda daha çox qol vurmaq şansımız oldu. Meydanda kollektiv bir mübarizə aparan  komanda gördük . Əgər hücumçularımız müdafiəyə kömək etməsəydi, bu nəticəni əldə edə bilməzdik. Hamı yaxşı işlədi. "Liverpul" da çox yaxşı oynadı. Onlar topla davranmada mütəxəssisdirlər. Geniş və  sürətli heyətə sahibdirlər. Biz stadiona tərəf gələndə qələbə qazanmağa başlamışdıq. çünki atmosfer inanılmaz idi. Bu klubda işlədiyim 8 ildə belə ab-hava görməmişdim. Cavab oyununda isə hər şey ola bilər. Rəqib evdə möhtəşəm matçlar keçirməyə alışıb".

Tomas Tuhel (PSJ-nin baş məşqçisi): "Qərarlarıma görə peşman deyiləm. Bütün məsuliyyəti öz üzərimə götürürəm. Başqa bir sxemlə nə cür oynayacağımızı heç kim deyə bilməz. Bu sistem  matçı idarə etmək və sürətli oynamaq üçün idi. Nəticənin mükəmməl olmadığını bilirəm, bunun səhv olduğunu söyləmək asandır. Burada digər komandalar da məğlub olublar. Mənim üçün bu quruluş məsələsi deyil, oyunun keyfiyyətidir. Hücumda səbirli və vaxtında hərəkət etmədik. Planladığımız  əks-hücumlar alınmadı. Onlara qol lazım olduğunda  oyunun daha açıq keçdiyini hiss etdim. İkinci qol vurmağa yaxın idik. Məncə,  oyunçularda səhv etmək qorxusu var idi. Bu problemin həllini tapmalıyıq".

Lüsyen Favr ("Borussiyan"nın baş məşqçisi): "Komanda şəklində yaxşı oynadıq. Müdafiədə çox intizamlı idik. İlk hissədə daha aqressiv çıxış etsək də, qolu  fasilədən sonra vurduq. Əlverişsiz nəticəyə baxmayaraq, nikbin olmalıyıq. Neymarın qolundan sonra komandanın  reaksiya verməsi vacib idi. İrəli getdik və ikinci qolu vurduq. Bizim üçün əsas amil yaxşı müdafiə olunmaqdır. Hücumda həmişə həll yollarımızın olduğunu bilirik.  Ancaq ağıllı qorunma olduqca vacibdir.  Holand  müdafiəyə yaxşı kömək etdi. Onunla uzun ötürmələrlə oynaya bilər və topu irəlidə tutmaq üçün istifadə edə bilərik".

Erlinq Holand ("Borussiya"nın hücumçusu): "Oyunun ən yaxşısı olduğum üçün xoşbəxtəm. Ancaq daha güclü çıxış etməliyəm. Bunun üçün isə daha çox çalışmaq lazımdır. çünki burada səviyyə tamam başqadır. Nəticə olduqca təhlükəlidir. PSJ güclü rəqibdir. Cavab oyununda hər şey ola bilər".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest