"Mançester Yunayted"in baş məşqçisi Ole Qunnar Sulşer İngiltərə çempionatının 26-cı turunda "çelsi" üzərində qazanılan 2:0 hesablı qələbəni şərh edib. Matc.az xəbər verir ki, norveçli mütəxəssis qələbənin vacib olduğunu bildirib: "Hücumda çox yaxşı oynamasaq da, mükəmməl müdafiə olunurduq. Zədədən qayıdandan sonra Erik Bayi əla  matç keçirdi. "çelsi"nin iki qolu VAR səbəbi ilə qeyd alınmadı. Hakimlər doğru, lakin ehtiyatlı qərarlar qəbul etdilər. Batşuayi futbolçumuzun üstünə yıxıldı, sonra ayağı ilə onu vurdu. Hakim Fredə niyə sarı vərəqə göstərdi, bilmirəm. Orada qayda pozuntusu görmədim. Jirunun epizodunda isə doğru qərar verdilər, ofsayd var idi . Yaxşı ki, mən oynayanda VAR olmayıb. Səfərdə "çelsi"yə qarşı qalib gəlmək çox vacibdir. İndi qarşıdakı oyunlara baxmaq lazımdır".

Qeyd edək ki, 26 turdan sonra  "Mançester Yunayted" 38 xalla Premyer Liqada 7-ci yerdədir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest