"Məğlub olmaq yaxşı deyil. Azarkeşlərimiz önündə daha fərqli çıxış etməliyik. Ancaq bunları unutmaq lazımdır. Çalışmalıyıq ki, qarşılaşmanın ikinci hissəsindəki oyunumuzu davam etdirək"

Milli komandamızın üzvü Dmitri Nazarovun formasını geyindiyi "Ersgebirge"nin baş məşqçisi Dirk Şuster evdəki "Holştayn" məğlubiyətini (1:2) şərh edib. Matc.az xəbər verir ki, almaniyalı mütəxəssis komandasının daha yaxşı çıxış edəcəyini bildirib:

"Məğlub olmaq yaxşı deyil. Azarkeşlərimiz önündə daha fərqli çıxış etməliyik. Ancaq bunları unutmaq lazımdır. çalışmalıyıq ki, qarşılaşmanın ikinci hissəsindəki oyunumuzu davam etdirək. Bəzi futbolçular daha çox əzmkarlıq etməlidirlər. Qol vurmağımız bizi məğlubiyyətdən qurtarmasa da, komandamın istəkli olması sevindiricidir. Nazarovun meydana sonradan çıxması problem deyil. O, bizim üçün dəyərlidir".

Qeyd edək ki, "Ersgebirge"nin oyundakı yeganə qolunu Nazarov vurub. O, ikinci hissə meydana daxil olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest