Futbol üzrə İtaliya A Seriyasında 24-cü turun oyunları keçirilir. Matc.az xəbər verir ki, turun əksər görüşləri bazar gününə təsadüf edib.
 
Lider "Yuventus" bu turda "Breşiya"nı sınağa çəkib və inamlı qələbəyə sevinib.
 
Turun mərkəzi görüşü paytaxt Romada keçirilib. "Latsio" doğma azarkeşləri qarşısında "İnter"lə münasibətlərinə aydınlıq gətirib. üç qolun qeydə alındığı matç meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.
 
İtaliya A Seriyası
24-cü tur
15 fevral
 
Leççe – SPAL 2:1
Qol: Mankosu, 41-pen. Mayer, 66 – Petanya, 47.
 
Bolonya – Cenoa 0:3
Qol: Soumaoro, 28. Sanabria, 44. Krişito, 90-pen.
 
Atalanta – Roma 2:1
Qol: Palomino, 50. Paşaliç, 59 – Dzeko, 45.
 
16 fevral
 
Udineze – Verona 0:0
 
Yuventus – Breşiya 2:0
Qol: Dibala, 39. Kuadrado, 75.
 
Sampdoriya – Fiorentina 1:5
Qol: Qabbyadini, 90 – Torsbi, 8-öz qapısına. Vlahoviç, 18-pen; 57. Kyeza, 40-pen; 78.
 
Sassuolo – Parma 0:1
Qol: Jervinyo, 25.
 
Kalyari – Napoli 0:1
Qol: Mertens, 66.
 
Latsio – İnter 2:1
Qol: İmmobile, 50-pen. Milinkoviç-Saviç, 69 – E.Yanq, 44.
 
17 fevral
 
23:45 Milan – Torino

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest