Türkiyənin "Dənizlispor" klubu baş məşqçisi Mehmet özdilek ilə yollarını ayırıb.
 
Matc.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
özdilekin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
 
özdilek 2019-cu ilin oktyabrından "Dənizlispor"u çalışdırırdı. Komanda hazırda Super Liqada 11-ci sıradadı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest