çexiyanın "Viktoriya" (Jijkov) klubu qış təlim-məşq toplanışı çərçivəsində daha bir yoxlama oyunu keçirib.
 
Matc.az xəbər verir ki, azərbaycanlı futbolçular - Fərid Nəbiyevlə Samir Qurbanovun formasını geyindiyi kollektiv Velvari "Slovan"ı ilə üz-üzə gəlib.
 
Futbolçularımızın komandası bu oyundan inamlı qələbə ilə ayrılıb – 2:0. Fərid də bu görüşün iştirakçısı olub. O, fasilədən dərhal sonra meydana çıxıb. Əvəzedici komandanın heyətində çıxış edən Samir isə bu görüşdə forma geyinməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest