Futbol üzrə Fransa çempionatında 25-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, şənbə günü beş qarşılaşma baş tutub. 
 
"Bordo" – "Dijon" və "Nant" – "Mets" görüşlərində qalib müəyyənləşməyib. 
 
Səfərdə "Amyen"lə qarşılaşan PSJ də 8 qolun qeydə alındığı bu matçdan heç-heçə ilə ayrılıb. 
 
"Nim" "Anje"ni məğlub yola salıb. "Tuluza" isə evdə "Nitsa"ya uduzub.
 
Fransa Liqa 1
25-ci tur
14 fevral
 
Monako – Monpelye 1:0
Qol: Slimani, 52.
 
15 fevral
 
Amyen – PSJ 4:4
Qol: Jirassi, 5; 90+1. Kakuta, 29. Diabate, 40 – A.Herrera, 45. Kouassi, 60; 65. İkardi, 74.
 
Bordo – Dijon 2:2
Qol: Huanq, 35. Briand, 64 – Şuyar, 16; 72.
 
Nant – Mets 0:0
 
Nim – Anje 1:0
Qol: Kone, 80.
 
Tuluza – Nitsa 0:2
Qol: Melu, 12. Herelle, 90+4.
 
16 fevral
 
18:00 Olimpik (Lion) – Strasburq
20:00 Brest – Sent-Etyen
20:00 Reyms – Renn
00:00 Lill – Olimpik (Marsel)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest