"Futbolçularımı təbrik edirəm. İlk dəqiqələrdən çox istəkli idilər"
Matc.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Zirə"yə qalib gəldikləri (6:0) səfər oyunundan sonra deyib. O, daha sonra belə davam edib:
"Matçın startından yaxşı hücumlarımız oldu. Hər şey istədiyimiz kimi alındı. Bu qədər qol olacağını düşünmürdük. Ancaq bəzən belə hallar olur. Hər bir halda, "Zirə"dən ehtiyatlanırdıq. Son oyunumuzda heç-heçə qeydə alınmışdı. İlk dəqiqələrdən hiss olundu ki, yaxşı hazırlaşmışıq. Vacib 3 xal qazandıq".
Qeyd edək ki, "Qarabağ" bu qələbə ilə xallarının sayını 38-ə çatdırıb.