"Monako"nun vitse-prezidenti Vadim Vasilyev futbolçuların transferindən gəlir əldə edir. Matç.az xəbər verir ki, bu iddia ilə "Football Leaks" araşdırma şirkəti çıxış edib.

İddiaya görə, Vasilyev knyazlıq klubundan ayrılan hər futbolçunun transfer məbləğinin 10 faizini mənimsəyir. Rusiyalı klub rəsmisi transferlər zamanı 2015-16 mövsümündə 5,3 milyon, 2016-17 mövsümündə isə 5,4 milyon avro qazanıb. ötən iki yay transfer dönəminin yekununa görə isə bu qazancın daha yüksək olması gözlənilir. çünki "Monako" bir neçə futbolçusunu məhz geridə qalan iki ildə satıb. Bu dövrdə monakolular Temue Bakayoko, Kilian Mbappe, Bernardo Silva və Benjamin Mendinin transferindən ümumilikdə 322,5 milyon avro əldə edib.

Bəzi mənbələrdə Vasilyevin klubla olan müqaviləsinə bu bəndin salındığı vurğulanıb. Onun illik maaşı isə 750 min – 1 milyon 25 min avro arasında göstərilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest