"Mançester Siti" nin baş məşqçisi Pep Qvardiola 2020-21 mövsümünün başlamazdan əvvəl komandanı tərk edə bilər. Matc.az xəbər verir ki, İspaniyadakı bukmeker kontorları təcrübəli mütəxəssisin ingilis klubundan ayrılma ehtimalını 50 faiz səviyyəsində qiymətləndirirlər.

Dünən UEFA Mançester təmsilçisini iki il avrokuboklardan uzaqlaşdırdı. Buna səbəb, klubun maliyyə feyr-pley qaydalarını pozması olub. Bu gün isə Britaniya mətbuatı Qvardiolanın İngilətərdəki son mövsümü olduğunu yazır.

Qeyd edək ki, Qvardiola 2016-cı ildən "şəhərlilər"in baş məşqçisidir. O, bu müddət ərzində iki dəfə İngiltərə çempionluğu yaşayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest