Yayda "Ayaks"ın yarımmüdafiəçisi Hakim Ziyexi heyətinə qatacağını rəsmən açıqlayan İngiltərənin "çelsi" klubu bir neçə futbolçusu ilə vidalaşamağa hazırlaşır. Matc.az "The Mirror"a istinadən xəbər verir ki, klub rəhbərliyi azı dörd ulduz futbolçunu komandadan kənarlaşdıracaq.
 
Bunlar Olivye Jiru, Pedro, Villian və Mişi Batşuayidi. Hazırda komandanın əsas heyət üzvləri olan bu futbolçuların növbəti mövsümün planlarına daxil olmadığı iddia edilir. Klub rəhbərliyi yayda onlarla vidalaşmağın yollarını düşünür.
 
Jiru (33 yaş) 2018-ci, Pedro (32 yaş) 2015-ci, Villian (31 yaş) 2013-cü, Batşuayi (26 yaş) 2016-cı ildən "çelsi"də çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest