"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola çempionlar Liqasının pley-off mərhələsindəki gözləntilərini bölüşüb. Matc.az xəbər verir ki, ispaniyalı mütəxəssis çL-ni qazanmaq üçün hər şeyi etməli olduqlarını bildirib:

"çempionlar Liqasını qazanmaq istəyirəm. Bu barədə xəyal qururam və qarşıdakı iki həftə ərzində "Real Madrid"lə oyuna hazırlaşacağıq. İşimizə mütləq sevgi ilə baxmalıyıq.  Bunu  üçün hər şeyi etməliyik . Ancaq əgər qazanmasaq, idman direktoru bizə əsəbləşə bilər".

Qeyd edək ki, Mançester təmsilçisi 1/8 finalda  "Real Madrid" ilə qarşılaşacaq. İlk oyun fevralın 26-da keçiriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest