"Beşiktaş"ın sabiq çalışdırıcısı Abdullah Avcı AFFA-nın təklifini geri çevirib. Matc.az xəbər verir ki, bu barədə "TRT Spor" kanalı məlumat yayıb.

Məlumata görə, təcrübəli mütəxəssis Elxan Məmmədovla görüşü zamanı  milli komanda çalışdırmaq istəmədiyini bildirib.  Bununla yanaşı, Avcı bir müddət istirahət etmək istədiyini söyləyib.

Qeyd edək ki, 56 yaşlı mütəxəssis mövsümə "Beşiktaş"da başlasa da, uğursuz  gedişatın ardından onunla yollar ayrılıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest