Rumıniyalı məşqçi Mirça Luçesku yenidən "Beşiktaş"da çalışacaq. Matc.az xəbər verir ki, 74 yaşlı mütəxəssis İstanbul klubunda məsləhətçi vəzifəsini icarə edəcək. 
 
O, Türkiyə mətbuatına açıqlamasında məlumatı təsdiq edib: 
 
"Bəli, futbola qayıdıram. "Beşiktaş"da məsləhətçi kimi faydalarımı verəcəm. Prezident Ahmet Nur çebi ilə danışdım. Onunla İstanbulda görüşəcəm. Daha sonra hər şeydən xəbərdar olacaqsınız".
 
Qeyd edək ki, Luçesku 2002-2004-cü illərdə "Beşiktaş"ın baş məşqçisi olub. O, son olaraq, Türkiyə yığmasını çalışdırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest