AFFA və Təhsil Nazirliyi tərəfindən Mingəçevirdə bu gündən etibarən orta məktəblərdə çalışan bədən tərbiyəsi müəllimlərinin (hər məktəbdən bir müəllim) iştirakı ilə D kateqoriyalı məşqçi kursu keçirilir.
 
Matc.az xəbər verir ki, fevralın 14-dək davam edəcək kursun ilk günündə iştirakçılara futbol bilikləri aşılanıb, onlara futbol terminləri izah olunub, ümumi futbol nəzəriyyəsi haqqında məlumat verilib.
 
AFFA-nın təlimatçıları tərəfindən aparılan seminarda 21 məşqçi-müəllim iştirak edir. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest