Məşqçilər Komitəsinin sədri və AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov Abdullah Avcıyla görüşdüyü ilə bağlı çıxan xəbərlərə münasibət bildirib. O, Matç.az-a verdiyi açıqlamasında yayılan xəbərləri təkzib edib:

"Mən hazırda U17 millisi ilə təlim-məşq toplanışındayam. Abdullah Avcı məsələsindən mənim hardan xəbərim olsun? Əgər görüşsəydik, deyərdik".

Qeyd edək ki, bir neçə gündür Elxan Məmmədovla Vaqif Sadıqovun milli komandanı çalışdırması üçün Abdullah Avcı ilə görüşdüyü iddia edilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest