"Real Sosyedad"ın hücumçusu Vilian Jozenin "Barselona"ya keçidi baş tutmaya bilər. Matc.az İspaniya mətbuatına istinadən xəbər verir ki, San Sebastian təmsilçisinin rəhbəri Hokin Aperibay kataloniyalılardan 28 yaşlı braziliyalı üçün 50 milyon avro tələb edir.

Buna səbəb, klubun çempionlar Liqası və kral kuboku uğrunda mübarizəni davam etdirməsidir. Xəbərdə bildirlir ki, "Barselona" rəhbərliyi oyunçunu heyətinə qatmaq istəsə də, bu məbləği ödəmək niyyətində deyil. Əgər tərəflər qiymətdə razılaşmasa, Kataloniya təmsilçisi transferdən imtina edəcək.

Qeyd edək ki, Vilian Joze bu mövsüm  La Liqada komandası ilə  22 oyun keçirib və 8 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest