"Abdullah Avcı məsələsi boş söhbətdir. O, bura gələsi deyil. Mən buna inanmıram. Bunlar sadəcə, elə-belə yazılır".
 
Bu sözləri  Matc.az-a açıqlamasında məşqçi Samir Abasov deyib. O, yerli mütəxəssislərə güvənilməməsində medianı günahlandırıb:
 
 "Bizim media ancaq Türiyədə heç kimə lazım olmayan birini yığmaya  məşqçi gətirir. Bu qədər yüksək məbləğdə maaş istəyən mütəxəssisin Azərbaycana gələcəyinə inanmıram. Millinin məşqçisi yerli olsa, bizim üçün daha yaxşı olar. Yerli mütəxəssislərə güvənilməməsinin səbəbini jurnalistlərdə axtarın. çünki insanlarda fikir formalaşdıran sizsiniz. Yəqin ki, siz də heç bir yerli çalışdırıcını milliyə layiq görmürsünüz. Ancaq məsələ bilik , təcrübədirsə, adı çəkilənlərin əksəriyyətinin milli təcrübəsi yoxdur.  Əsas da xarici məşqçilərdən söhbət gedir. Belə çıxır ki, onlara olar? Yenə deyirəm, səbəb mediadır. çünki onlar bizim yerli mütəxəssislərə güvənmirlər".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest