"Los-Anceles Qalaksi"nin hücumçusu Zlatan İbrahimoviç İtaliyaya dönməyə hazırlaşır. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, isveçli superulduz "Milan"la müqavilə imzalamağa çox yaxındı.

37 yaşlı forvardın meneceri Mino Rayola bu məqsədlə Milana yollanıb. O, "Milan" rəsmiləri ilə görüşüb və danışıq 4 saat çəkib. Görüşdə futbolçunun "San-Siro"ya qayıtması məsələsi müzakirə edilib. İbranın yeganə şərti əsas heyət oyunçusu olmaqdı.

Qeyd edək ki, Zlatan İbrahimoviç 2010-2012-ci illərdə "Milan"da çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest