"Mançester Siti"nin yarımmüdafiəçisi İlkay Gündoğan "şəhərlilər"i seçməsinin səbəbini açıqlayıb. Matc.az xəbər verir ki, tür əsilli futbolçu fərqlilik üçün belə bir qərar verdiyini açıqlayıb:

"Mən həyatın çətinliklərinə inanıram və özümü sınamağa çalışıram. Və beləliklə, özünüzdə bir şey dəyişdirmək, daha yaxşı olmaq mümkün olur. Dörd ili "Borussiya"da Yurgenin rəhbərliyi altında keçirdim. Onu insan və məşqçi kimi sevirəm. Ancaq sonra hiss etdim ki, dəyişiklik və fərqlilik laızmdır. Ona görə də Klopplu "Liverpul"u yox, "Mançester Siti"ni seçdim".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest