"Onların səviyyə baxımından daha üstün olduqlarını gizlətməyəcəm. Müdafiə üçün də eyni sözləri deyə bilərəm"

Millimiz hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi "Foneks Risinq" klubunun baş məşqçisi Rik Şans komandasının hazırkı heyətindən nigaran olduğunu açıqlayıb. Matc.az xəbər verir ki, amerikalı mütəxəssis hücum xəttinin daha da güclü olmasını istədiyini bildirib:

"Açığı, ötən mövsümkü komanda tamam fərqli idi. Xüsusən hücum xəttini önə çıxara bilərəm. Onların səviyyə baxımından daha üstün olduqlarını gizlətməyəcəm. Müdafiə üçün də eyni sözləri deyə bilərəm. Daha aqressiv və hazır idilər. Bu il isə hələ çox çalışmalıyıq. Hansı səviyyəyə gələcəyimizi zaman göstərəcək".

Rüfət Daddaşov Amerika təmsilçisi ilə bir illlik müqavilə imzalayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest