"Neftçi" Premyer Liqanın 17-ci turunda qarşılaşacağı "Keşlə" ilə oyunun hazırlığına başlayıb.
 
Matc.az xəbər verir ki, "Qarabağ"la görüşdən sonra bərpa məşqi edərək birgünlük fasiləyə buraxılmış komanda bu gün doğma bazada məşqə çıxıb.
 
Bütün futbolçuların qatıldığı məşqdə müxtəlif fiziki təmrinlər və toplu çalışmalar yerinə yetirilib. Hazırlıq sabah bir məşqlə davam edəcək.
 
Qeyd edək ki, fevralın 16-da "Bakcell Arena"da keçiriləcək "Neftçi" – "Keşlə" oyununa saat 19:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest