"Real" və "Mançester Siti"nin sabiq futbolçusu Emmanuel Adebayorun yeni iş yeri məlum olub. Matc.az xəbər verir ki, 35 yaşlı hücumçu karyerasını Paraqvayda davam etdirəcək.
 
Toqolu hücumçu "Olimpiya" klubuna transfer olunub. Bu barədə Adebayor özü məlumat yayıb. Sosial şəbəkə hesabında video paylaşan hücumçu, "Olimpiya" klubuna keçdiyini bildirib.
 
Paraqvay təmsilçisinin prezidenti də Adebayorun keçidini təsdiqləyib.
 
Toqolu hücumçunun təqdimatı sabah olacaq.
 
Karyerası ərzində "Arsenal", "Real", "Mançester Siti", "Tottenhem" kimi klublarda forma geyinən Adebayor, son olaraq Türkiyədə "Kayserispor"un şərəfini qoruyub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest