Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Matc.az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının 16-cı turunda  baş verənlər müzakirə olunub.
 
Premyer Liqanın XVI turunun "Sumqayıt" – "Zirə" oyununda meydan sahiblərinin 4, qonaq komandanın isə 6  futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 800 manat cərimə olunub.
 
Əllavə olaraq, "Zirə"nin futbolçusu İlkin Muradov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1, birbaşa "qırmızı" alan Ağabala Ramazanov isə iki oyun cəzalanıb və klub 1800 manat cərimələnib.
 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest