"Mançester Yunayted"in baş məşqçisi Ole Qunnar Sulşer komandaya yeni gələn yarımmüdafiəçi Bruno Fernandeş barədə danışıb. Matc.az xəbər verir ki, norveçli mütəxəssis yeni futbolçusundan razılıq edib:

"ümumiyyətlə, o, çox yaxşı futbolçudur. Bir çox oyunçudan daha sürətli düşünür. Onun alışmalı olduğumuz çox keyfiyyətləri var. Davamlı çalışır, inkişaf edir. O məşq edir, məşq edir və məşq edir. Buna görə də daim hazır vəziyyətdədir".

Bruno Fernandeş yanvarda "Sportinq"dən "Mançester Yunayted"ə keçib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest