"çelik"ə keçməyimdə əsas məqsəd buradan daha yaxşı yerlərə getməkdir. ümid edirəm ki, yaya qədər istədiyim çıxışı edib sonra başqa ölkəyə transfer olacam"

Bu sözləri Bosniya və Herseqovinanın "çelik" klubu ilə müqavilə imzalayan Elvin Yunuszadə Matc.az-a verdiyi açıqlamasında deyib. O, daha sonra belə davam edib:

"Açığı, bu klubdan başqa Belarusiya və Asiya ölkələrinin komandalarından da təklif almışdım. Ancaq "çelik"i seçməyimdə əsas səbəb ümit özat oldu. Təxminən 3-4 gün öncə komandanın  Antaliyadakı təlim-məşq toplanışına qoşuldum. Burada ümit özatla görüşdüm. Onunla qısa söhbətmiz oldu. Bundan öncə də telefonla danışmışdıq. Məndən hansı sistemdə rahat oynaya biləcəyimi soruşdu. Hiss etdim ki, mənə çox güvənir. Hazırda Bosniyadayam və hər şey qaydasındadır".

Milli komandamızın sabiq üzvü Azərbaycan klublarının birindən də təklif aldığını gizlətmədi:

"Yerli klublarımızın birindən təklif aldım. Hətta oturub söhbət etdik, müəyyən şeyləri danışdıq. Ancaq məsələ budur ki, mən ölkə xaricində oynamaq istəyirdim. Onun üçün də ilk seçimim bura oldu. Əgər "çelik" alınmasaydı, o zaman karyeramı Azərbaycanda davam etdirəcəkdim. Ancaq məncə, ölkədən çıxmağın vaxtı idi. Əslində çoxdan çıxmalıydım. Sözün düzü, mənə daha öncə də ölkəxaricindən təkliflər olub. Ancaq qəbul etməmişəm. Bəlkə də əvvəl getsəydim daha yaxşı olardı. Yenə də heç vaxt getməməkdənsə, gec də olsa getmək yaxşıdır".

Elvin Yunuszadə "çelik"lə yaya qədər müqavilə imzalayıb. Komanda hazırda ölkə çempionatında  43 xalla 7-ci pillədədir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest