Milli komandamızın üzvü Eddi İsrafilovun formasını geyindiyi "Albasete" klubunun çıxışı tənqid olunub. Matc.az xəbər verir ki, bu barədə İspaniyanın "sports.es" saytında məqalə dərc olunub.

Məqalədə komandanın nə oynadığının bəlirsiz olduğu və baş məşqçi dəyişikliyinin də fayda vermədiyi bildirilib. Azərbaycan milli komandasının üzvü İsrafilov da həmkarlarımızın tənqidinə tuş gəlib:

"Bu komanda nə oynayırsa, heç kimə bəlli deyil. Onlar bu çıxışla liqanı tərk edəcəklər. çempionatda belə futbol oynayan ikinci bir komanda yoxdur. Qapıçı Terea Nadal hər oyun qol buraxır. Digər oyunçular da nə etdiyini bilmir. Məslən, İsrafilov meydanda hansı işi görür? Görünən odur ki, yeni baş məşqçi də komandanı düzəldə bilməyəcək".

"Albasete" Sequndada 19-cu pillədədir. Komanda son beş oyunda cəmi iki xal toplayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest