İtaliya çempionu "Yuventus"un yarımmüdafiəçisi Duqlas Kosta yenidən zədələnib. Matc.az xəbər verir ki, bu barədə Turin təsmilçisinin rəsmi saytı məlumat yayıb.
 
Braziliyalı futbolçu A Seriyasının 23-cü turu çərçivəsində "Verona" ilə səfər oyununda (1:2) zədələnmişdi. Müayinələrdən sonra 29 yaşlı yarımmüdafiəçinin 15-20 gün yaşıl meydanlardan kənarda qalacağı açıqlanıb.
 
Xatırladaq ki, mövsümün əvvəlindən bəri azı iki ay komandasına kömək edə bilməyən futbolçu 13 oyunu buraxmaq məcburiyyətində qalmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest