İtaliyanın SPAL klubu baş məşqçisi Leonardo Sempliçi ilə yollarını ayırıb.
 
Matc.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Sempliçinin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
 
Artıq komandanın yeni baş məşqçisi də məlumdu. SPAL-ı bundan sonra Luici Di Byaco çalışdıracaq. Bu barədə də klubun rəsmi saytı məlumat yayıb. Hansı ki, bu mütəxəssis Azərbaycan millisinin də baş məşqçi postuna namizədlərdən biri idi. 48 yaşlı mütəxəssis yeni klubu ilə mövsümün sonuna kimi anlaşıb.
 
SPAL A Seriyasında sonuncu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest