Tenderdə iştirak etmək istəyənlər qiymət təklifi və yuxarıda qeyd olunan "Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi"ni, eləcə də şirkət tərəfindən irəli sürülən tender təklifi qalib olduğu halda, tələb olunan işlərin 15.05.2020-ci il tarixinədək təhvil veriləcəyinə dair zəmanət məktubunu 20.02.2020-ci il, saat 18:00-a qədər tender@affa.az elektron ünvanına göndərə bilər.

Bakı Olimpiya Stadionu yaxınlığında ictimai maşın dayanacağının dəmir-beton bloklardan və metal tordan hasara alınması işləri ilə bağlı AFFA tender elan edib. Matc.az xəbər verir ki, görüləcək işlərin siyahısı belədi:
 
Təkliflərin qiymətləndirilməsi zamanı şəffaflığın qorunması və prosesin təhlükəsizliyinin təmin olunması üçün aşağıdakı keçiddən istifadə etməklə yükləyə biləcəyiniz "Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi"ni müvafiq qaydada dolduraraq AFFA-ya göndərməyiniz xahiş olunur. "Şirkətlərin uyğunluğu üzrə sorğu vərəq"i təqdim olunmayacağı halda, həmin təklif tenderdə iştirak edə bilməyəcək.
 
Tenderdə iştirak etmək istəyənlər qiymət təklifi və yuxarıda qeyd olunan "Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi"ni, eləcə də şirkət tərəfindən irəli sürülən tender təklifi  qalib olduğu halda, tələb olunan işlərin 15.05.2020-ci il tarixinədək təhvil veriləcəyinə dair zəmanət məktubunu 20.02.2020-ci il, saat 18:00-a qədər tender@affa.az elektron ünvanına göndərə bilər.
 
Əlavə suallarla bağlı tender@affa.az ünvanı ilə əlaqə saxlaya bilərsiniz.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest