Karyeramda möhtəşəm səhifə buraxmışam, artıq bu səhifənin davamını "Dinamo"da gətirmək istəyirəm. Bunun üçün əlimdən gələni edəcəm. Yaxşı kollektiv olacağını düşündüyüm üçün bura gəlməyə qərar verdim"

"Qarabağ"ın keçmiş futbolçusu Reynaldo da Silvanın yeni klubu məlum olub. Matc.az xəbər verir ki, braziliyalı futbolçu karyerasını Gürcüstanın "Dinamo" klubunda davam etdirəcək. Futbolçu Batumi təmsilçisinə transferi haqda bunları deyib:
 
"Karyeramda möhtəşəm səhifə buraxmışam, artıq bu səhifənin davamını "Dinamo"da gətirmək istəyirəm. Bunun üçün əlimdən gələni edəcəm. Yaxşı kollektiv olacağını düşündüyüm üçün bura gəlməyə qərar verdim. Burdakı futbolçularla əlaqə saxladım, iddialı komanda olacağını dedilər. Bura uyğunlaşmaqda mənə kömək edəcək braziliyalı futbolçuları görmək xoşdur. Hədəfim Gürcüstanda çempionluq yaşamaqdır".
 
Reynaldo 2013-2017-ci illərdə, həmçinin 2019-cu ildə "Qarabağ"ın şərəfini qoruyub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest