Futbol üzrə Almaniya Bundesliqasının 21-ci turu çərçivəsində bu gün keçirilməsi planlaşdırılan "Borussiya" (Münhenqladbax) – "Köln" matçı təxirə salınıb.
 
Matc.az Münhenqladbax klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, buna əlverişsiz hava şəraiti səbəb olub. Oyundan əvvəl və qarşılaşma zamanı güclü külək və yağış proqnozlaşdırıldığı üçün matçın təxirə salınmasına qərar verilib. Oyunun nə vaxt keçiriləcəyi açıqlanmayıb.
 
Niderland çempionatında da 22-ci turun bu günə olan qarşılaşmaları təxirə salınıb. Əlverişsiz hava səbəbiylə bu gün keçirilməsi nəzərdə tutulan 4 oyunun başqa tarixdə keçirilməsi qərara alınıb. "Utrext" – "Ayaks", "Alkmaar" – "Feyenoord", "Sparta" – "Den Haq", "Emmen" – "Tvente" qarşılaşmaları fırtına səbəbiylə baş tutmayacaq. Sözügedən oyunların nə vaxt keçiriləcəyi açıqlanmayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest