Futbol üzrə İran çempionatında 19-cu turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən "Traktor"la "Maşinsazi" də növbəti matçına çıxıb.
 
"Traktorçular" səfərdə "Qohar"la qarşılaşıb və heç-heçəyə razılaşıb.
 
Təbrizin digər təmsilçisi "Maşinsazi" isə doğma meydanda "Paykan"la üz-üzə gəlib. Bu oyun da heç-heçə başa çatıb - 2:2.
 
"Traktor" hazırda 33 xalla 16 kollektiv arasında 3-cü, "Maşinsazi" isə 24 xalla 9-cu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest